7 C
Baku
Thursday, December 12, 2024

Nazirlik məktəblərdə yüksəksürətli internet üçün 4 milyon manat xərcləyəcək

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “BTH” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə çıxışının təmin olunması, o cümlədən pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiber optik kabellə internetə qoşulması işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 994 417 manatdır.

Son xəbərlər
Digər xəbərlər