1 C
Baku
Saturday, December 14, 2024

Nazirlik pensiya artımı məsələsinə aydınlıq gətirib

Pensiya artımları ilə bağlı qərar olarsa, biz bunu bölüşəcəyik.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, hələlik belə yekun qərar yoxdur: “Biz ötən ilin payızında builki DSMF büdcəsini hazırlayanda orta aylıq əməkhaqqına uyğun pensiya artımını 9,8 faiz hesablamışdıq, amma yekunda nəticə daha müsbət oldu və 10,2 % artım oldu”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər