8 C
Baku
Monday, November 18, 2024

Nazirlik: Pensiya ödənişlərinə 3.3 mlrd. manata yaxın vəsait yönəldilib

Bu il pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi artıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 mlrd. 276 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.9% (182 mln.manat) çoxdur.

Qeyd edək ki, cari ilin əvvəlindən minimum aylıq pensiya 20% artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib. 1.2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsaitin ayrılması təmin edilib.

Nazirliyin məlumatında o da qeyd olunub ki, bu ilin 8 ayında 18.6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66.9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər