9 C
Baku
Thursday, December 12, 2024

Nazirlik pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmini açıqlayıb

2022-ci ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 3 mlrd. 670 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8% (201 mln. manat) çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılmaqla, həmçinin pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb, əlavə dəstək olaraq pensiyaçılara maddi yardımlar da ayrılıb.

1.2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Bu ilin 9 ayında 20 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 68 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər