16 C
Baku
Friday, October 18, 2024

Nazirlik qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) dumanlı hava ilə bağlı Bakıda və Abşeron yarımadasında görünüş məsafəsinin 200-600 metrədək məhdudlaşması ilə bağlı sürücülərə müraciət edib.

“Banker.az”a DİN-in Mətbuat xidmətindən bildirilib ki, sürücülər dumanlı havanı nəzərə almalı, nəqliyyat vasitələrini diqqətli idarə etməlidirlər:

“Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur”.

Nazirlik bugünlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsinin məqsədəuyğun hesab edildiyini qeyd edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 19-dək hava şəraitinin dumanlı olacağı ilə bağlı məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər