15 C
Baku
Tuesday, October 15, 2024

Nazirlik “Ramma” şirkətindən 2 milyon manatlıq nəqliyyat vasitəsi aldı

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti “Ramma” QSC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Təsərrüfatyönlü nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1.804.600 manatdır.

Qeyd edək ki, “RAMMA” QSC 2010-ci ilin dekabr ayında təsis edilmişdir. Təsis olunduğu tarixdən etibarən “RAMMA” QSC Azərbaycan Respublikasında Korea, Rusiya və bir çox dünya ölkələrinin ağır texnika və avadanlıqların istehsalçıları ilə əməkdaşlıq edir.

Rəsmi distributoru olduğu dünyaca məşhur brendlərin istehsalçısı kimi tanınan Rostselmash,Klever,Shantui və Solis şirkətlərinin istehsalı olan texnika və avadanlıqların ölkəyə idxal olunaraq satışını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər