26 C
Baku
Saturday, July 27, 2024

Nazirlik sənəd verdi, 761 milyon dollarlıq məhsul üçün vergidən azad olundular

İndiyədək 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,58 milyard manatadan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. 
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4188 təsdiqedici sənəd verilib, nəticədə təqribən 761,2 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.
Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

 

Son xəbərlər
Digər xəbərlər