6 C
Baku
Wednesday, February 28, 2024

Nazirlik: Sənaye zonaları üzrə ixrac 138% artıb

İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6.4 mlrd. manatdan çox investisiya yatırılıb və 9 700-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatna əsasən, bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 mln. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 mln. manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76%, ixracı isə 138% artıb.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6.3 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 2 mlrd. manatı (təqribən 32%-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər