6 C
Baku
Monday, December 16, 2024

Nazirlik tabeliyindəki müəssisələrin hazır yeməklə təmin edilməsinə 1 milyon manat xərcləyəcək

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi  publik hüquqi şəxs Ziyafət İsa oğlu Fərzəliyev ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 978 126 manatdır.

Son xəbərlər
Digər xəbərlər