17 C
Baku
Thursday, May 2, 2024

Nazirlik: Tullantıların utilizasiyası sahəsində tariflərin daha da liberallaşması lazımdır

“2020-ci illə müqayisədə tullantıların yaranmasında 2-3 dəfə artım var. Bu real artım deyil. Hesab edirəm ki, uçotun daha da şəffaflaşdırılması səbəbindən baş verir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

“Aparılan monitorinqlər zamanı tullantıların toplanması üçün xüsusi torbalar olsa da, çeşidləmənin düzgün aparılmaması, A və B kateqoriyaları tullantıların ayrışdırılmaması halları aşkarlanıb. Regionlardakı tullantıların basdırılması halları müşahidə olunur. Buna səbəb poliqonların az olması və utilizasiya qurğularının mövcud olmamasıdır. Tullantıların utilizasiyası sahəsində tariflərin daha da liberallaşması təmin olunmalıdır. Tullantıların idarə edilməsi sahəsində elektron uçotun yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdiriləcək”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər