4 C
Baku
Tuesday, December 24, 2024

Nazirlik: Ünvanlı yardımın orta aylıq məbləği 35% artıb

Bu ilin birinci yarımilində ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz artaraq 347 manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi də ötən ilki 170 manatdan bu il 200 manata çatdırılıb. Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.

Son xəbərlər
Digər xəbərlər