12 C
Baku
Thursday, November 14, 2024

Nazirlik Vahid Mustafayevin şirkətindən 50 min manata saatlar alır

Son illərdə artıq nazirlik və ya digər dövlət qurumları yerli istehsalçı şirkətlərdən məhsul almağa daha çox meyillənib. Buna “Azərmaş”ın istehsalı olan yerli avtomobilləri və ya mebel istehsalçılarını aid etmək olar.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yerli saat istehsalçısı “VMF” Şirkəti ilə iki müqavilə – 29 225 manat və 20 500 manatlıq müqavilə imzalayıb. Ümumi müqavilənin dəyəri 49 725 manat təşkil edəcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, Şirkət nazirlik tərəfindən maliyyələşdirilməsi həyata keçirilən məhkəmələr üçün Ədliyyə Nazirliyinin emblemi həkk olunmuş hədiyyə xarakterli kişi və qadın qol saatlarının alınması həyata keçirəcəkdir.

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının iştirakçısıdır, Dünya şöhrətli İsveçrə və Yaponiya saat markalarının ölkəmizdə tanınması və satılmasını həyata keçirir. Şirkətin kalleksiyasına baxdıqda “VMF” üzrə o qədər də yüksək seqmenti əhatə edən qiymətlərə rast gəlinmir. Belə ki, saatların ən bahası hesab edilən VMF-KLASSIK-MUĞAM-ın dəyəri 490 manat təşkil edir.

vmf vahid mustafayev
Vahid Mustafayev

VMF Şirkətinin yaradılması “ANS Şirkətlər Qrupunun” qurucusu Vahid Mustafayevdir. Şirkətin adındakı həriflər Vahid Mustafayev Fondu-nun abreviaturasıdır.

Son xəbərlər
Digər xəbərlər