26 C
Baku
Saturday, July 27, 2024

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

2018-ci ilin noyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları əlavə dəyər vergisi bəyannaməsi, aksız bəyannaməsi, yol vergisi bəyannaməsi, mədən vergisi bəyannaməsi, pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Banker.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Muzdlu işlə əlaqədar 2018-ci ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).

Xüsusi notariusların 2018-ci ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər