8 C
Baku
Wednesday, December 25, 2024

Nazirlik VÖEN alt sistemi üçün 3 milyon manat xərcləyəcək

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Nooga Development AZ” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Yeni AVİS 2 informasiya sisteminin VÖEN alt sistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, analizə əsasən funksional bölmələrinin proqramlaşdırması və təlimatların hazırlanması üzrə” mallar və əlaqədar xidmətlər nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 010 770 manatdır.

Qeyd edək ki, “Nooga Development AZ” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 3 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyev Ruslan Vahab oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev otaq 26 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər