27 C
Baku
Saturday, July 27, 2024

Nazirlik xəbərdarlıq etdi – Bank hesabına heç bir halda ödəniş edilməsin

Daxili İşlər Nazirliyi dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət edib.

Banker.az bu barədə Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

Bildirilib ki, vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər