13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Nazirlik xəbərdarlıq etdi – Vətəndaşlar proqram təminatlarını mütəmadi olaraq yeniləməlidir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.

Banker.az xəbər verir ki, cari ildə “Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki təhlükəsizlik boşluğu aşkar edilib. Mövcud boşluqları aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən “Windows”, “Mac” və “Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub.

“Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən “Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.

Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.

 

Son xəbərlər
Oxşar xəbərlər
X