Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi “Zaferoğlu İnşaat” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə hazır-reabilitasiya vasitələrinin satın alınması nəzərdə tutulurdu.
Müqavilənin dəyəri isə 1.036.020 manatdır.
Ümumiyyətlə, 2003-cü ildən fərdi səkildə fəaliyyət göstərən şirkət 2010-cu ildə rəsmi olaraq “Zaferoğlu İnşaat” adı altında birləşib. Şirkət “Zaferoğlu İnşaat” brendi olaraq, təmir və dizayn sektorundadır və 2011-ci ildə yaşayış və qeyri-yaşayış obyektlərinin interyer, eksteryer və landşaft dizayn layihələrinin hazirlanması üzrə ISO 9001 standartının tələblərinə uyğunluğunu təsdiq edən beynəlxalq sertifikatı əldə edib.