7 C
Baku
Sunday, January 29, 2023

Nazirlikdən dumanlı hava şəraiti ilə bağlı açıqlama

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmətin fevralın 25-i saat 22:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.

Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti sabah səhərədək davam edəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər
X