12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Nazirlikdən düşmənin itkiləri ilə bağlı rəsmi açıqlama

“Ermənistan tərəfinin Azərbaycan ordusu ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib:

“Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir. Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”.

O qeyd edib ki, bu gün Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər