“Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb”.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır:
“Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.
Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb”.






