Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha 2 jurnalistə vəzifə verilib.
Nazirlikdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı təyinat alıb.
ƏƏSMN-in yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin edilib.
Hazırki vəzifəsinə qədər A.Osmanqızı “REPORT” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.
Azvision.az