Kənd Təsərrüfatı Nazirliyi iki elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
Nazirlikdən Banker.az-a verilən məlumata görə, nazirlik Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
Müsahibələrin şərtləri nazirliyin rəsmi saytının “Elanlar” bölümünə yerləşdirilib. İddiaçılar “Elanlar” bölümünə daxil olaraq müsahibənin şərtləri ilə tanış olmaq mümkündür.