Təhsil Nazirliyi “Çaşıoğlu Elm-İstehsalat” MMC və “Təhsil” Nəşriyyat Poliqrafiya MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC ilə bağlanmış müqavilədə 2022-2023-cü tədris ilinə ibtidai təhsil proqramının 1-ci sinfi üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 365 363 manatdır.
“Təhsil” Nəşriyyat Poliqrafiya MMC ilə bağlanmış müqavilədə isə 2022-2023-cü tədris ilinə tam orta təhsil proqramı üzrə ilk buraxılışı olan dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 2 415 001 manatdır.