16 C
Baku
Monday, October 28, 2024

Nazirlikdən endirimlərlə bağlı sərt xəbərdarlıq

Әli Babayev barəsində ölçü götürüləcək.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan küçəsi, ev 4, mərtəbə 1, qapı 1-8 ünvanında fiziki şəxs Babayev Əli Fikrət oğluna məxsus məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirib.

Mağazanın pəncərələrində “70%-ə qədər ENDİRİM” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar edilib.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş Əli Babayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər