6 C
Baku
Sunday, December 15, 2024

Nazirlikdən mənzil almaq istəyənlərə xəbərdarlıq: Maklerlərə inanmayın!

Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxaracağı mənzillərlə bağlı əhaliyə müraciət edib.

Agentliyin mətbuat katibi Murad Haşımov açıqlamasında son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllalların (“maklerlər”) nazirliyin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlindiyini bildirib.

O, əhalini sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmamağa çağırıb: “Çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur. Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10:00-dan sonra bron edərək ala bilər. Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur. Onu da bildirim ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər