13 C
Baku
Friday, November 22, 2024

Nazirliyə yeni Aparat rəhbəri təyin edildi, xarici təhsili var

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Banker.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.

Eləcə də bax – Azərbaycanda bankir xanımın vəfat etdiyi qəzanın təfərrüatları

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

Son xəbərlər
Digər xəbərlər