26 C
Baku
Saturday, July 27, 2024

Nazirliyin 18 maşını ucuz qiymətə satışa çıxarılır – 1 000 manatdan başlayır (Siyahı)

Azərbaycanda 30 mart 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Banker.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsusdur.

26-28-ci sətirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

29-cu sətirdə  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin balansında olan nəqliyyat  vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

30-cu sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

31-ci sətirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansında olan nəqliyyat  vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

32-ci sətirdə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

33-cü sətirdə Azərbaycan Respublikası Ali Məhkəmənin balansında olan  nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 29.09.2020-ci il tarixli  hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.

34-cü sətirdə  Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

35-ci sətirdə  Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

36-cı sətirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin balansında olan nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

10 21 30 36

Son xəbərlər
Digər xəbərlər