Maliyyə Nazirliyinin AZ0102001630 ISIN-li, 30 mln. manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-yə istinadən, hərraca 11 investor 26 sifariş təqdim edib.
Sifarişlərin qiyməti 92,4494 manat (16,4699%) – 96,1843 manat (7,9998%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 065 600 manat təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93,5082 manat (14%), orta ölçülmüş qiyməti isə 94,3455 manat (12,0861%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 30 mln. manat olub.
İstiqrazların ödəmə tarixi 19 iyun 2018-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.