Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.
Banker.az nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumata əsasən nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.