Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə mayor Bəhruz Məmmədov Kadr siyasəti Baş İdarəsinin Xidməti Vəsiqələrinin Verilməsi və Qeydiyyatı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, sözügedən idarənin rəhbəri təyin olunub.