Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynovun öz xahişi ilə başqa işə keçməsi ilə əlaqədar ədliyyə orqanlarında qulluğuna xitam verilib.
Bu barədə nazirliyin məlumatında deyilir.
Bununla yanaşı nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Rəhimov Sənan Təyar oğluna həvalə edilib.