17 C
Baku
Tuesday, October 14, 2025

Nazirliyin bu səlahiyyəti əlindən alındı – Sərəncam

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.

Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.

İndiyədək bu səlahiyyət sözügedən Nazirliyə məxsus olub.

Artıq icazələrin verilməsi ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər