Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Dəyişikliyə əsasən, kollegiyanın üzvlərinin sayı 9-dan 10-a çatdırılıb.
“Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb.