Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı fevralın 9-da təşkil olunub.
Dövlət Xidmətindən Banker.az-a bildirilib ki, hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib.
Keçirilən hərracın nəticələrinə əsasən, Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan 1 ədəd “Ford Mondeo”, Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun balansında olan 1 ədəd “UAZ-3303-01” və Akademik Zərifə Əliyeva Adına Oftalmologiya Mərkəzinin balansında olan 1 ədəd “QAZ-31029” satılıb.
Bakı şəhəri üzrə 09 fevral 2021-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı cədvəldə qeyd edilib.