Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi Zeytun Pharmaceuticals MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 851 425 manatdır.