9 C
Baku
Friday, November 15, 2024

Nazirliyin rəsmisi: “İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?”

“Hansısa müğənninin hər hansı ayda toyunun olub-olmamasından asılı olmayaraq o, sabit vergisini ödəməlidir”.

Bunu jurnalistlər və sabit vergi ödəyiciləri üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin departament direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir: “4,5 mln. iqtisadi fəal əhali var. Bunun 1,5 mln.-u əmək haqqından vergi ödəyir. Bəs qalanı hardadır? 3 mln. əhalinin yalnız bir hissəsi sabit vergi ödəyiciləridir. Onlar niyə vergi ödəməsin ki?”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər