Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi birləşdirilib.
Bu şöbələrin əsasında Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi yaradılıb. Rəşad Əzizov uzun müddət İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinə rəhbərlik edib.
Rəşad Əzizov tutduğu vəzifədən azad edilib və yeni şöbəyə rəhbərlik isə Anar Qasımova həvalə edilib.