İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu aparılır.
Banker.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Alma məhsulunun tədarükü 3 növdə həyata keçirilir. 1-ci növdə olan alma məhsulu 80 qəpik, 2-ci növ alma məhsulu 50, qarışıq növdə olan alma məhsulunun tədarükü isə 60 qəpikdən alınır.
Sentyabrın 22-nə kimi 10 tonadək alma tədarük olunub.