2025-ci ilin işlər planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirilir.
Hesablama Palatasından bildirilib ki, adı çəkilən agentlikdə audit prosesi hazırda davam edir.
Qeyd edilib ki, yoxlamalar “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun aparılır.
Qurumdan əlavə məlumatın nəticələr yekunlaşdıqdan sonra açıqlana biləcəyi qeyd olunub.







