Nazirliyin tenderlərini udan şirkətin dövlətə 1 milyon manatdan çox vergi borcu var

“Aqri Kon” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Aqri Kon” QSC-nin vergi borcu 1 046 354 manatdır.

Qeyd edək ki, “Aqri Kon” QSC 2018-ci ilin iyun ayında dövlət reyestrində qeydiyyata alınıb. İki min on manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m. 1 ünvanıdır. Şirkətin qanuni təmsilçisi Şirxan Vəliyevdir.

Bildirək ki, bu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Agentliyinin tenderlərinin qalibi olur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.