18 C
Baku
Çərşənbə, May 25, 2022

Nazirliyin sabiq aparat rəhbərinin mülkləri – Siyahı

Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, eyni zamanda, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) bir sıra mülkə sahib olduğu üzə çıxıb.

Belə ki, istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əjdər Ol və yaxın qohumlarının adına olan bir sıra mülkün üzərinə həbs qoyulub.

Həmin əmlaklar aşağıdakılardır:

Əjdər Olun mülkləri:

Nərimanov rayonunda (mənzil: 25) – 528 min manat

Nərimanov rayonunda (mənzil: 26) – 528 min manat

Nərimanov rayonunda mənzil – 80 min manat

Novxanı kəndində 0.12 hektar torpaq sahəsi – 100 min manat

Ailə üzvlərinin mülkləri:

Səbail rayonunda mənzil – 150 min manat

Xətai rayonunda mənzil – 120 min manat

Nərimanov rayonunda mənzil – 85 min manat

Nərimanov rayonunda mənzil – 325 min manat

Bundan başqa, ailə üzvlərinin mülkiyyətində olan Nərimanov rayonunda 3 mənzil, Hacıqabulda 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti obyektiv səbəblərə görə müəyyən edilə bilməyib.

Məhkəmənin qərarı ilə Əjdər Olun dövlətə vurduğu maddi ziyanın ödənilməsi məqsədilə onun DTX Maliyyə İdarəsinin depozit hesabına qoyduğu 589 min 760 manat müsadirə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilib. O, dövlətə vurduğu ziyanı nağd şəkildə ödəyib.

Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Azərbaycan Yazıçıları Birliyinin üzvü olan Əjdər Ol 70-ə yaxın kitabın müəllifidir və bu sahədə təltif edilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər