“NBC Bank” 2020-ci ilin birinci rüb üzrə göstəricilərini açıqlayıb.
Banker.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında “NBC Bank”ın cəmi gəlirləri 6 milyon 538 min manat, cəmi xərcləri isə 6 milyon 736 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 153 min manat ayrılıb.
“NBC Bank”ın cəmi aktivləri 324 milyon 677 min manat olub ki, bu da ötən ilin müvafiq dövrülə müqayisədə aktivlərin 2 milyon 30 min manat artması deməkdir. Bunun 229 milyon 121 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda isə müştərilərə verilmiş kreditlər 229 milyon 141 min manat olub. Beləliklə, üç ayda bankın kredit portfeli kiçilib.
Bu ilin yanvar-mart ayında isə bankın cəmi öhdəlikləri 0,9% artaraq 266 milyon 51 min manat, o cümlədən depozit portfeli 0,3% azalaraq 142 milyon 325 min manat, cəmi kapitalı isə 0,4% azalaraq 58 milyon 627 min manat olub.
“NBC Bank” 2020-ci ilin birinci rübünü 351 min manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bank 470 min manat xalis mənfəət əldə etmişdir.