13 C
Baku
Sunday, November 24, 2024

NBC bank 3-cü rübü zərərlə başa vurub

Banker.azın verdiyi məlumata əsasən, NBC bank 2016-cı ilin 3-cü rübün sonuna dair maliyyə hesabatların açıqlamışdır.

Hesabatlara görə, bankın zərərinin həcmi 1.5 mln. manat təşkil etmişdir. Müqayisə üçün bildirək ki, Bankın 2015-ci ilin sonuna zərəri 13 mln. manat olmuşdur.

Verilən məlumata görə, bank 2015-ci ilin sonundan 2016-cı ilin 3-cü rübünün  sonuna qədərki müddətdə aktivlərinin 20 mln. manatını itirərək 147 mln. manat enmişdir. Aktivlərin mühüm hissəsini tutan kredit portfelindədə azalmalar müşahidə edilmişdir. Belə ki, bankın kredit portfeli müvafiq dövr ərzində 32 mln. manat azalaraq 114 mln. manat təşkil etmişdir.

Bankın öhdəlikləri 3 rüb ərzində 129 mln. manatdan 94 mln. manata enmişdir.

Bankın zərərinin mənbəyi olan vaxtı keçmiş borcların həcmi 2016-ci ilin 3-cü rübünün sonuna  13 mln. manat təşkil etmişdirki, oda portfeldə 10% xüsusi çəkiyə malikdir.

 

Son xəbərlər
Digər xəbərlər