10 C
Baku
Wednesday, November 27, 2024

“NBC Bank” depozit və kredit portfelini artırararq tarixi maksimumuna çatdırıb

“NBC Bank” ASC 2018-ci ilin ilk rübünü xalis mənfəətlə başa vura bilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın ilin yanvar-mart aylarına olan maliyyə hesabatında deyilir.

Hesabata görə, “NBC Bank” ötən rüb ərzində 3,97 mln. manat cəmi gəlir əldə etməklə cəmi 2,4 mln. manat xərci olub və cəmi gəlirlər xərclərini qarşılamaqla yanaşı bankın rüb üzrə 818 min manat xalis mənfəətlə bitirməsinə səbəb olub.

Mənfəətlə bitirməsi “NBC Bank”ın yığılmış zərərini 12,4 mln manatdan 9,48 mln. manata kimi azaldıb və cəmi kapitalı artıraraq 57,62 mln. manata çatdırıb. Qeyd edək ki, bankın nizamnamə kapitalı 64 mln. manat təşkil edir.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müayisədə 9%-ə yaxın artaraq 221,88 mln manat təşkil edib ki, bunun da 164,63 mln. manatı kredit portfeli təşkil edir. İlin ilk rübü ərzində kredit portfeli 10 mln. manat artıb. Qeyd edək ki, kredit portfelinin həcmi bankın tarixində ən böyük rəqəm çatıb.

“NBC Bank”ın kredit portfelinin cəmi 7,08%-ni problemi kreditlər təşkil edir. Bu ilin əvvəlində bu 7,36% təşkil edirdi.

Bankın cəmi öhdəlikləri 164,26 mln. manata çatıb ki, bunun 82,53 mln manatı depozit portfelidir. Kredit portfeli kimi depozit portfeli bankın tarixində ən böyük həcmə keçib.

Son xəbərlər
Digər xəbərlər