-1 C
Baku
Sunday, December 15, 2024

“NBC Bank” iki depozit məhsulunu ləğv etmıklə yanaşı digərinin faizini endirib

Azərbaycanda fəaliyyət göstərən “NBC Bank” ASC depozit məhsullarının ikisi ləğv edilib, birinin isə adı dəyişdirilib.

Banker.az monitorinq qrupunun əldə etdiyi məlumata görə, bankın “Maximim depozit”nin adı dəyişdirlərək “Universal depozit” adına keçib.

Bununla yanaşı, yeni məhsulun illik və aylıq ödəniş faizləri yerli valyuta- manat üçün  3%, ABŞ dolları və avro üçünsə 0,25% aşağı salınıb. Qeyd edək ki, haırda “Universal depozit üçün illik manatda 10%, dollar və avroda 2,75% ödənişlə qəbul edilir.

Digər ikisi olan – “Sığorta depoziti” və “Avans depoziti” ləğv edilib.

Bildirək ki, hazırda “NBC Bank”da depozit məhsullarının sayı 6-dan 4-ə enib. Belə ki, hazırda Unversal depozit, Müddətli depozit, Uşaq depoziti və Tələbli depozit məhsulları mövcuddur.

 

Son xəbərlər
Digər xəbərlər