Banker.azın əldə etdiyi informasiyaya görə, NBC Bank 2016-cı ilin sonuna dair maliyyə hesabatlarını açıqlamışdır.
Məlumata görə, bank 1 il ərzində 1.8 mln. manat zərər etmişdir.
Bankın aktivlərinin həcmi ilin əvvəlindən sonuna doğru azalmağa davam edərək yekunda 158 mln. manatda qərarlaşmışdır. Məlumat üçün bildirək ki, bu göstərici ötən ilin sonuna 167 mln. manat təşkil edirdir.
Ötən il ərzində NBC Bankın vaxtı keçmiş kredit portfelinin həcmi 8.8 mln. manatdan 13.3 mln. manata çatmışdır. Buda öz növbəsində kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin 9.9% təşkil edir.