1 aprel 2019-cu il tarixinə “NBC Bank” ASC-nin cəmi aktivləri 288,37 mln. manat olub.
Banker.az bu barədə kommersiya Bankının cari ilin ilk rübünə olan maliyyə hesabatına istinad edir.
Cəmi aktivlər rübün əvvəli ilə müqayisədə bu il 2% artıb. Aktivlərin 212,49 mln. manatı kredit portfeli təşkil edib.
Bununla yanaşı “NBC Bank”da öhdəliklərin həcmində də rüblük 3% böyümə müşahidə edilib. Hazırda cəmi öhdəlikləri 230,87 mln. manat olmaqla, bunun 106,14 mln. manatı müştərilərdən cəlb etdiyi depozitlərdir.
Bank 2019-cu ilin ilk rübündə gəlirləri xərclərini tam qarşılamayıb və bank 595 min manata yaxın zərər edib.
NBC Bank, 31.03.2019