18 C
Baku
Thursday, October 10, 2024

NBC Bank nizamnamə kapitalını artırır

“NBC bank” ASC -nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 24 dekabr 2014-cü il tarixindən etibarən yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Banker.az Birjaya istinadən xəbər verir ki, bank tərəfindən 20535 səhmin səhm satışa çıxarılıb.

Hər birinin nominal dəyəri 243,6 manatdır. Emissiyanın anderrayteri “Texnika Kapital Menecment” MMC-dir. Səhmlər gələn il, iyunun 22-nə qədər satışda olacaq. Onların satışında üstünlük hüququ nəzərdə tutulmayıb.

Qeyd edək ki, emissiyadan sonra Bankın nizamnamə kapitalı indiki 46,5 milyon manatdan 51,5 milyon manata qədər yəni 10,75% artacaq.

Son xəbərlər
Digər xəbərlər