14 C
Baku
Thursday, March 28, 2024

“NBC Bank” ötən il ərzində kredit və depozit portfelini böyüdəbilib

Azərbaycanın “NBC Bank”ı 2017-ci il ərzində depozit və kredit portfelini böyüdə bilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2017-ci il üçün təqdim etdiyi illik audit hesabatında deyilir.

Hesabata görə, “NBC Bank” ASC ötən ilin əvvəli ilə müqayisədə kredit portfelini 24% bpyüdərək 140,24 mln. manata çatdırıb. Cəmi aktivlərinin həcmi artaraq 197,39 mln. manat həcminə çatıb.

Bankın audit hesabatını analiz etdikdə məlum olur ki, ötə il ərzində müştərilər qarşısındakı qazandığı inam nəticə verib. Belə ki, hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda depozit portfeli 11,6% artaraq 75,52 mln. manat olub. Hazlrda bankın cəmi öhdəlikləri 146,81 mln. manat təşkil edir.

“NBC Bank” ötən il ərzində gəlirləri azalmaqla yanaşı xəeclərini optimallaşdıra bilib və bunun hesabına aktivlərə ayırmalarla yanaşı il üzrə 364 min manat xalis mənfəət əldə edib.

Xatırladaq ki, 2016-cı ildə Bank 2,62 mln. manat zərər etmişdi.

Son xəbərlər
Digər xəbərlər