“NBC Bank” ASC-nin son 3 ayda aktivləri 9% artaraq 240 mln. manata çatıb.
Banker.az b u barədə kommersiya bankının 2018-ci ilin 2-cü rübünün sonları üçün amıqladğı maliyyə hesabatında qeyd edilir.
Hesabata görə, ilk yarım illikdə isə bu göstərici 17% arması deməkdir. Aktivlərinin əsas artım səbəbi 184 mln. manata kimi artmasıdır. Qeyd edək ki, kredit portfelində problemli kreditlərin çəkisi ilin əvvəli ilə müqayisədə azalaraq 5,99%-ə düşüb. Bu ilin əvvəlində 7,36% idi.
Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 6 ayın sonunda 15 faiz artaraq 85 mln. manatı ötüb. Hazırda cəmi öhdəlikləri 181 mln. manat həcmindədir.
Bank ötən ildən fərqli olaraq bu il mənfəətlə işini davam etdirir. Belə ki, bankın ilin ilk 6 ayındakı faiz gəlirləri 8,5 mln. manat təşkil edib və gəlirləri xərcləri qarşılamaqla yanaşı bankı 1,88 mln. manata yaxın xalis mənfəətlə bitirib.
Mənfəət bankın balans kapitalının da son 6 ayda 56,34 mln manatdan 58,64 mln. manata qaldırıb. Hazırda bankın balansında 9,5 mln. manat zərər yığılıb qalmaqdadır.
Xatırladaq ki, bankın səhm kapitalı 64 mln. manatdır.